HAQQIMIZDA


AZƏRBAYCANDA İLK İKT ŞİRKƏTLƏRİNDƏN BİRİ

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsisçiliyi ilə (51% Nazirlik, 49% özəl kapital) “Azerin” MMC 20 ildən artıq müddətdir ki İnformasiya Texnoloqiyaları və Telekommunikasiya sahəsində fəaliyyət göstərir.

Qabaqcıl sistem və texnologiyalardan istifadə, yüksək keyfiyyətli və peşəkar xidmət sayəsində şirkət qısa müddət ərzində ölkənin kommunikasiya bazarında aparıcı yerlərdən birini tutmağa müvəffəq olmuşdur. Fərdi istifadəçilər ilə bərabər “Azerin” MMC-i bir sıra dövlət qurumları, tanınmış xarici və yerli şirkətlərə informasiya kommunikasiya sahəsi və bir sıra texnologiyalar sahəsi üzrə xidmət göstərir.

“Azerin” şirkətinin Baş direktoru Qalib Qurbanov eyni zamanda ölkənin bir çox İnternet-provayderlərini birləşdirən Azərbaycan İnternet Birliyinin sədridir. 

“Azerin” şirkəti brendinqi, veb-saytların işlənib hazırlanması, dəstəklənməsi və irəlilədilməsi, onlayn oyunların, mobil əlavələrin və internet portalların yaradılması üzrə xidmətlər göstərir. Qabaqcıl texnologiyalardan istifadə bizə müxtəlif mürəkkəblikdə yüksək keyfiyyətli internet layihələrini yaratmağa imkan verir.

Azərbaycanın informasiya texnologiyaları bazarında ilk şirkətlərdən biri olan “Azerin” internet xidmətləri ilə bərabər Respublikada bir neçə iri miqyaslı layihələr həyata keçirib. 1999-2000-ci illərdə şirkətimiz İnternet Servis Provayderləri arasında ilk dəfə Bakı şəhərindən kənara çıxaraq, Naxçıvan MR və Gəncə şəhərinə internet xidmətinin göstərilməsini təmin etmişdir.Bununla bərabər bu dövrdə İKT sahəsində bir neçə layihələr həyata keçirilmişdir. "İnterpol"un Azərbaycan Filialı - Fransanın Leon şəhərində yerləşən Mərkəzi ofis arası birbaşa qapalı xəttlə bağlantısı, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Baş idarəsi və şəhər filiaları arası data xətləri vasitəsi ilə "elektron sənəd mübadiləsi", Respublikanın Penitensiar Xidmətinin İdarələri arasında "elektron sənəd mübadiləsi" və elektron kadr idarəetmə sistemi, və bir sıra dıgər mühüm layihələr.

“Azerin” şirkəti tenderdə qalib gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının müasir, funksional və dünya təhlükəsizlik tələblərinə cavab verən saytının yaradılmasını uğurla həyata keçirmişdir.

Şirkətimizin həyata keçirdiyi layihələr arasında AR Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Bakı şəhərində otellərin və istirahət evlərinin on-layn bronlanması sisteminə malik internet-portalı, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi üçün işlənib hazırlanmış Müəllif Hüquqlarının Onlayn Qeydiyyatı Sistemini və Parisdəki “Azərbaycan evi” üçün Azərbaycan haqqında onlayn ensiklopediyanı qeyd etmək olar.

Son illərdə İKT sahəsində Respublikada ən mühüm layihələrdən biri olan və “Elektron Azərbaycan” Dövlət proqramının onurğa sütününü təşkil edən Respublikada Elektron İmzanın tətbigi layihəsinin “Mikrosoft Azərbaycan” və “ULTRA” şirkətləri ilə konsorsium üzvü kimi uğurla həyata keçirmişdir.

“Azerin” şirkəti nəzdindəki böyük təcrübəyə malik Dizayn-studiyasının hazırladığı veb-saytlar nüfuzlu NETTY 2009, NETTY 2011MilliNet 2014 internet mükafatların laureatı olmuşdur.


MİSSİYAMIZ